iPad üçün Köhnə Üsul Çap Maşını

Texnologiya inkişaf etdikcə artıq düymələrə belə ehtiyac qalmır. Sensorlu displey sayəsində düymələr artıq keçmiş oldu deyə bilərik. Kifayət qədər təkmilləşdirilmiş səsli idarəetmə sayəsində hətta sensorlu displey də kölgədə qalmaq ərəfəsindədir. Bizi hələ inanılmaz yeniliklərin gözlədiyindən əmin ola bilərsiniz.

Bütün bu yeniliklərə baxmayaraq bir balaca keçmişə qayıtmaq, “dədə-baba” qaydasında yazmaq, o köhnə çap maşınının səsini eşitmək heç də pis olmazdı. Hələ bu iPad üzərində həyata keçirilirsə daha da çox maraq doğurur.

Austin adlı mühəndis tərəfindən dizayn edilmiş iTypewriter adlı bu cihaz səs küylü olsa belə əyləncəli görünür. Sizcə yoxlamağa dəyərmi?