iPad dünya planşet bazarında mövqeyini itirir

Analitik şirkət olan Strategy Analytics 3-cü rüb üçün  hesabat açıqlayıb. Göstəricilərə əsasən bu ilin 3-cü rübünün sonuna Android bazasında olan planşetlər iPad-ə məxsus bazar payının kifayət qədər böyük hissəsini ələ alıblar. Bir rüb ərzində Android planşetlərinin dünya bazarında payı 12%-dən çox artış göstərib. İl boyunca Android bu cür artışa nail ola bilməmişdir. 2011-ci ilin 3-cü rübündə Android əməliyyat sistemli planşetlər bazarın 29,2%-ni tuturdusa, bu ilin 2-ci rübünün göstəriciləri 29,3% təşkil etmişdir. Son rübdə isə bu göstərici 41,3% olmuşdur. Açıq-aşkar böyük budcəli Nexus 7–nin çıxışı öz bəhrəsini verib.

Apple planşetlərinin bazar payı 1 rüb ərzində 12% düşmüşdür, cihaz təchizatı 3 mln. azalmışdır. Artıq Android bazasında olan planşetlər Apple məhsulları ilə ciddi rəqabət aparır. Ümumi olaraq bu ilin 3-cü rübü ərzində dünya bazarı 24,7 mln. planşet ilə təchiz edilib. Onlardan 14 mln. iOS-un, 10,2 mln. Androidin payına düşür.