iPad 4 : Nələr bilirik?

Bir çox insandan ən son iPad haqqında soruşsanız yəqin ki, sizə iPad 3-dən danışacaq. Əslində isə Apple şirkəti iPad Mini-nin təqdimatında 4-cü nəsil iPad məhsulunu da öz müştərilərinə təqdim etdi. iPad 4-ün belə tez ərsəyə gəlməsi əlbəttə ki, bazardakı rəqabətə müqavimət göstərmək üçün zəruri idi. Ən yeni iPad əvvəlkindən fərqli olaraq A5x yerinə A6x prosessoru ilə təchiz olunub və nəticədə qrafik və əməliyyat sürəti iki dəfəyə yaxın artıb. Ön kamera dəyişdirilərək 720p HD video və 1.2 mp şəkil çəkmək özəlliyinə çatdırılmışdır. Arxa kamerada isə heç bir dəyişiklik yoxdur. Gözlə görüləcək ən böyük dəyişiklik isə iPad-in ənənəvi 30-pinlik adaptor birləşdiricisinin dəyişdirilərək iPhone 5-də tətbiq edilən yeni standart ilə təmin edilməsidir. Şübhəsiz ki, iPad 4 əvvəlki ilə müqayisədə daha yaxşı bir seçimdir, amma deyə bilərəm ki iPad 3 sahibləri üçün diqqətə layiq dəyişiklik yoxdur.