Apple iPad 4-ün yaddaşını 128 Gb-a qədər atırır

Apple şirkəti Retina ekranlı və 128 Gb yaddaşa sahib iPad 4 çıxarmağa hazırlaşır. Yeni cihaz dizaynını saxlayacaq və mövcud 4-cü nəsil iPad xəttinə bir əlavə olacaq. Hələ ki, məxfi qalan mənbənin məlumatına görə korpus rəngi və simsiz qoşulma variantları əvvəlki kimi qalacaq.

Qiymətinin açıqlanmamasına baxmayaraq,128 Gb yaddaşa sahib iPad 4 premium versiya kimi təqdim edilir və o 16, 32, 64 Gb yaddaşa sahib planşet model sırasına bir yenilik gətirir. Planşetin yeni modelində “Ultimate” işarəsi olacaq, bu isə onun daha funksional iPad modeli olmasını göstərir.

iPad 4-ün daha funksional versiyası haqqında söhbətlər iOS 6.1 beta 5 proqram kodlarında diqqət çəkmişdir ki, bu kodlarda əməliyyat sisteminin 128 Gb sahib iOS cihazları ilə işləyə bilməsi görülür.

Ehtimallar var ki, 128 Gb yaddaşlı iPad 4 dövlət orqanlarında və satış mərkəzlərində istifadə üçün nəzərdə tutulub.