iOS üçün Google Maps Apple Store-da

Apple şirkətinə əməllicə baş ağrısı olan iOS üçün kartoqrafik tətbiqetmələrin çıxışı anından çoxları Google Maps-i gözləyirdilər. Və nəhayət Google, iOS 6 üçün çıxan tətbiqetməsi ilə bizləri sevindirdi. Bir gün öncə çıxmasına baxmayaraq artıq App Store-da nömrə birdir.

iOS 6 da çatışmayan piyada səs naviqasiyası, ictimai nəqliyyat marşrutları, tıxacların izlənməsi və küçələrə panorama baxış(StreetView) funksiyaları Google Maps-də vardır və bu ona böyük üstünlük verir.  29 dildə interfeys təmin edilib. Google şirkəti hətta özü etiraf edib ki, bu tətbiqetmə Android üçün olan analoqdan daha yaxşıdır.

“Bizdən iOS 6 sistemində xəritələrimizin çıxmasını uzun müddətdir xahiş edirdilər. Axtarışın dəqiqliyini və sürətini təmin etmək üçün-istifadəçilər tərəfindən sevilməyimizin səbəbi də budur- biz tətbiqetməni sıfırdan dəyişdirdik”, – mobil cihazlar üçün Google Maps bölməsinin rəhbəri Daniel Qraf öz bloqunda qeyd etmişdir.

iOS üçün Google Maps tətbiqetməsində Google Account ilə inteqrasiya təmin edilib. Giriş edərək siz axtarış tarixçəsinizi, seçilmişləri(bookmarks), nəqliyyat vasitələrini və s. sinxrozizə edə bilərsiniz.

Google menecerləri dəfələrlə Google Maps tətbiqetməsinin Apple Store-a girməsinin Apple şirkəti tərəfindən qarşısının alına biləcəyini bəyan etmişdilər.  Çünki hal hazırda Google şirkətinin təqdim etdiyi xəritə onun təklif etdiyindən çox güclüdür.

Ancaq Apple rəhbərliyi bu cür qəddar və düzgün olmayan yola əl atmadı. İndi istifadəçilərin hər iki məhsulu müqayisə etmək üçün sərbəst seçim imkanı var.