İnternetə ehtiyacı olmayan Google Translate

Iş həyatımızın və günlük kompüter istifadəçilərinin əvəz olunmaz köməkçisi olan Google Translate(tərcümə) artıq internet əlaqəsi olmadan da işləyə biləcək.
Internetdə ən çox istifadə olunan tərcümə proqramı şübhəsiz ki, Google-un tərcümə xidmətidir. 66 dildə təqdim etdiyi tərcümə xidməti ilə bir çox rəqib tərcümə saytlarını sıradan çıxaran Google hər zaman istifadəçilərin yanında ola bilmək üçün mobil platformalara uyğun platformalar da təkmilləşdirmişdi. Google Play(Android) və Apple Store-da yer alan Google Translate tətbiqetməsi əksər istifadəçilərin tələblərinə cavab verir.

Google tabletlərə və ağıllı telefonlara uyğun olaraq təkmilləşdirilən tərcümə tətbiqetməsinin  yayımlandığı gündən bir dəfə də olsa yenilənməməsi Google-un artıq bu xidmətə diqqət vermədiyi fikirlərini yaratdı.

Google yaranan mənfi fikirləri nəzərə aldı və bu xidmətin daha sürətli və internet əlaqəsi olmadan da istifadə edilməsini mümkün etdi.  Wi-Fi  və 3G paketiniz olmasa da tərcümə tətbiqetməsini Android platformasında işlədilə biləcəksiniz.

Hələlik sadəcə Android ilə istifadə olunabilən Google Translate iOS-da heç bir əksikliyin olmadığını iddia edir. Tətbiqetməni yükləyərkən Sadəcə öz dilinizi və tərcümə etmək istədiyiniz dil paketini yükləməsiniz.

Google Translate-i buradan yükləyə bilərsiniz.

https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate