Intel yeni prosessorlarını təqdim edib

Intel CES 2013 sərgisində rəsmi olaraq, həmçinin Haswell adı ilə tanınan dördüncü nəsil Intel Core prosessorlarını təqdim etdi. Şirkət söz verib ki, bu prosessorlar istifadə olunan ultrabuklar gün ərzində enerjiyə qoşulmadan fasiləsiz işləyə biləcəklər.

Daha dəqiq isə təxminən 9 saat.  Prosessorlar xüsusi olaraq klavyaturaları çıxarıla bilən yeni nəsil ultrabuklar üçün hazırlanmışdır. Yeni platforma North Cape adını daşıyır və bir hərəkətlə ultrabuku 10 mm-lik planşetə çevirmək imkanı yaradır. Klavyatura qoşulduqda işləmə müddəti 13 saata kimi uzanır.

Intel sərgidə həm çıxarıla bilən klavyaturda batareyası olan, həm də ekranın öz alt hissəsində batareyası olan Core i5 /i7 bazasında işlək prototiplər göstərdi.
intelnorthcapereflaptop01

Bununla yanaşı şirkət yeni nəsil ultrabukların yığımı üçün iki yeni qayda açıqlayıb: hamısı sensor ekrana sahib olmalıdır və simsiz WiDi texnologiyasını dəstəkləməlidir.

intelnorthcape

Keçən il şirkət sensor ekranlı ultrabuk prototipi təqdim etmişdi, ona görə bu şərtin qoyulmasını gözləmək olardı. Bununla yanaşı ultrabukların çoxunun işləyəcəyi Windows’un indiki versiyası da gücləndirilmiş sensor idarəetməni təqdim edir. Digər sözlərlə desək, Intel’in tələbləri hər iki şirkətin eyni istiqamətdə işlədiyini bir daha göstərməkdədir.