Instagramın yaranma tarixi

Günümüzdə məhşurlaşan sosial paylaşım şəbəkələrindən biri olan Instagramın yaranma tarixi haqqında sizlərə bir az məlumat verək. Instagram ilk dəfə San Fransiskoda Kevin Systrom və brazilyalı Michel “Mike” Krieger-in üzərində çalışdıqları proyektləri olan Burbn-u mobil telefonlarda cəmləşdirmək istəməsi ilə inkişaf etməyə başlamışdır. 2010-cu il mart ayının 5-də K.Systrom Baseline Ventures və Andressen Horowitz-dən ilkin kapital olaraq 500.000 dollar alaraq Burbn-u maliyyələsdirir. Həmin ilin noyabr ayında Instagram App Store-da öz yerini alır. Bundan sonra yeni üzvlər – John Riedel (ictimai əlaqələr üzrə menecer), Shayne Sweeney (mühəndis) instagram komandasına qoşulur. 2011-ci ilin yanvar ayında  istifadəçilərin şəkilləri daha asan axtara bilməsi üçün Instagrama hashtag-lar əlavə edildi. Sentyabr ayında proqramın 2.0 versiyası App Store-a yükləndikdən sonra Instagram istifadəçilərinin sayı daha da artdı. Yeni versiya özündə 5 yeni filter, yüksək keyfiyyətli şəkil görüntüsü və yenilənmiş icon-u cəmləşdirirdi. 2012 ci ilin aprel ayında artıq 30 milyon istifadəçisi olan Instagramın Android dəstəkli yeni versiyası çıxarıldı. Bu versiya bir gün ərzində bir milyondan artıq istifadəçi tərəfindən yüklənildi və Play store-da yüklənmə sayına görə ilk 50-liyə düşməyi bacardı. Instagram iOS və Android sistemi ilə işləyən telefon və tabletləri dəstəkləsə də Windows Phone və Blackberry kimi telefonlarını dəstəkləmir. Lakin, bu yaxınlarda çıxarılan Blackberry 10 sistemi ilə işləyən telefonların yaxın zamanlarda Instagramı dəstəkləyəcəyi haqqında iddialar var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *