Instagramdan yenilik

Üç ilə yaxındır ki, İnstagram həyatın anlarını bölüşmək üçün sizə sadə və gözəl bir sistem təqdim edir. Lakin bəzi anlarda statikəkillərdən daha çoxu tələb olunur. Indiyə qədər bu cür hekayələr İnstagramda yox idi.

Ve artıq  İnstagram Video-nu  təqdim edərək( Video on İnstagram)  sizə öz hekayələrini paylaşmanın daha bir yolunu göstərir. Siz İntagrama şəkil çəkmək üçün daxil olduğunuzda film kamera ikonu görəcəksiniz, bu ikona klikləməklə, İnstagram kamerası ilə 15 saniyəyə qədər video çəkə bilərsiniz.

Həmçinin əlavə olunmuş 13 filtrlə videolarınızı daha da fərqli edə bilərsiniz. Videonu paylaşarkən siz öz örtük şəkillərinizdən birini fon kimi seçərək video göstərilmədiyi anlarda həmin şəklin görünməsini təmin edə bilərsiniz.

iOS 4.0 üçün İnstagramı App Store-dan, Android 4.0 üçün isə Google Play-dən yükləyə bilərsiniz.