Instagrama “tag” etmək özəlliyi gəldi

İnstagram özünün yeni versiyasi olan 3.5-i təqdim etdi. Beləliklə, instgrama hər kəsi sevindirəcək bir xüsusiyyət də əlavə olundu.
İnstagram üçün böyük bir dəyişiklik olaraq qeyd edə biləcəyimiz yeniləmə ilə artıq İnstagramda istədiyiniz şəxsləri etiketləyə bilərsiniz.
Bununla da artıq İnstagram Facebookun daha bir özəlliyini özünə götürərək onun təcrübəsindən yararlanacaq.

İnstagram 3.5 versiyasını həm Google Play həm də iOS üçün yeniləyərək, “Photos of you” ( “Sənin şəkillərin”) adlandırdığı xüsusiyyətini rəsmi blogundan yayımladı.