Instagram istifadəçilərinin nəzərinə!

Kanadanın Montreal şəhərində yaşayan Jennifer Pawluck, öz Instagram hesabından  Lan Lafreniere’in başından vurulduğunu  göstərən fotoşəkli paylaşdığı üçün həbs olundu.

Fotoşəkili bir ay əvvəl çəkdiyini  bildirən  Pawluck, “Bir çox dostum  polisi sevmədiyi üçün  belə bir fotoşəkili  Instagram’da paylaşmağın  gülməli  ola biləcəyini düşünmüşdüm.  Lanfreniere’in kim olduğunu belə bilmirəm ” dedi.

“Huffington Post”un xəbərinə görə polis, 20 yaşındakı gənc qızı  dörd saat nəzarətdə saxladıqdan  sonra sərbəst buraxıb. Məhkəməni gözləyən Pawluck-ın polis mərkəzinə və Lafreniere-nin evinə yaxınlaşması qadağan edildi.