Qalmaqal – Instagram istifadəçilərin şəkillərindən qazanmaq niyyətindədir

Instagram yeni istifadəçi razılaşmasını dərc edib. Yeni şərtlərə görə sosial şəbəkə kənar şirkətlərə istifadəçilərin şəkilləri üzərində istifadə hüququnu verə bilər. Sonuncu bu materialları reklamlarda və digər məqsədlər üçün həqiqi müəllifdən icazəsiz və hər hansı qonorar ödəmədən istifadə edə bilər.Yeni qaydalar gözlənildiyi kimi böyük etiraz dalğası yaradıb.

Bu marketinq alətinin qurbanı servis haqqında ilk dəfə eşidən, Instagram tətbiqetməsi ilə bir dəfə edilmiş hər hansı bir şəkildə görsənən hərkəs ola bilər. Razılaşma şərtləri yaşından asılı olmayaraq, Instagram istifadə edən hər kəsə aid edilir. Bəndlərdən birində hətta qeyd edilir ki, valideyn və ya himayədar yeniyetmənin servisdə qeydiyyat keçməsinə icazə verən şərtləri qəbul etmiş olur.

Hüquq müdafiə təşkilatları artıq servisdən yeni istifadə şərtlərinə qarşı öz etirazlarını bildiriblər. Əsas da Instagramın şərtlərindən heç bir vəchlə imtina etmək ikanının olmamasına görə. Həll yolu yalnız istifadəçi hesabının silinməsidir(ləğv olunmasıdır).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *