Instagram istifadəçilərin azalmasını inkar edir

Daha öncə sizə Instagram’da istifadəçi müqaviləsi şərtlərində dəyişikliklər barədə xəbər vermişdik. Bu dəyişikliklər şirkətin əleyhinə işləyir. AppData şirkətinin məlumatına görə bütün məlum səs-küylərdən sonra Instagram tətbiqetməsinin istifadəçiləri 16,4 milyondan 12,4 milyona düşüb. Bu 25 faiz düşmə deməkdi.

Bununla belə nəzərə almaq lazımdır ki, AppData şirkətinin təqdim etdiyi bu statistika ancaq Facebook sosial şəbəkəsinə bağlı olan hesabları nəzərə alıb. Instagram AppData’in rəqəmlərini təkzib etməklə bərabər, hətta istifadəçi inkişafının olduğunu deyir.

“Bu göstəricilər həqiqəti əks etdirmir. Həm yeni qeydiyyatdan keçənlərdə həm də aktiv istifadəçilərdə stabil inkişaf görülməkdədir”,  – Instagram’ın mətbuat katibi deyib.

Bəs siz kimə inanırsınız?