Instagram hesabını necə deaktiv etmək olar?

Son illər öz istifadəçi ehtiyatını nəzərəçarpan dərəcədə artıran və böyük uğurlara imza atan Instagram-da hesabı necə deaktiv etmək olar? Bir çox istifadəçi bu suala cavab axtarsada, əksəriyyəti istədiyi cavabı ala bilmir.

Belə ki, əgər Instagram hesabınızı deaktiv etmək istəyirsinizsə bunun üçün ilk əvvəl Instagram-a mobil proqramdan birbaşa yox mobil və ya kompüterdə brauzerdən instagram.com-a daxil olmalısınız.

Əvvəla qeyd edək ki, profilinizi deaktiv etdiyinizdə şəkilləriniz, şərhlər, “like”lar yenidən giriş edənə qədər gizli olaraq saxlanılır və silinmir. Eyni zamanda, hesabınızı 1 həftə ərzində sadəcə 1 dəfə deaktiv etmək imkanınız var.

Instagram.com-a daxil olduqdan sonra yuxarı sağ hissədəki profilinizə klikləyin və “profilinizi redaktə edin” hissəsini seçin. Aşağı sağ hissədəki “profilimi müvəqqəti olaraq deaktiv et”ə klikləyin və hesabınız artıq dondurulub.

Göründüyü kimi, çox sadə prosesdir və qısa zaman kəsiyinidə asanlıqla deaktiv etmə əməliyyatını həyata keçirmək mümkündü.