Instagram-da “zoom” imkanı

Bildiyiniz kimi Instagram istifadə edərkən şəkilləri böyütmək (və ya yaxınlaşdırmaq) mümkün deyildi. Instagram artıq “zoom” imkanını təqdim edir.

iOS platformalarına bu gün təqdim olunan yenilik, Android üçün növbəti həftələrdə təqdim olunacaq. Windows platformaları ilə bağlı heç bir açıqlama yoxdur.

Instagram artıq daha peşəkar fotoqraflara yönəldiyini qeyd edib. Onların fikrincə kifayət qədər çox sayda peşəkar fotoqraflar öz işlərini Instagram vasitəsilə yayımlayırlar və onların ehtiyaclarını qarşılamaq üçün Instagram bir sıra yeniliklər etməyi planlaşdırır. Bu yeniliklərin ilki olaraq da şəkilləri böyütmə imkanını təqdim edir.