Instagram-da yeniləmə ilə gələn yenilik!

Instagram növbəyi yeniləməsini yayımlayıb.

Bu yeniləmədə Instagram-ın iOS versiyası üçün bir sıra yeniliklər nəzərdə tutulub.

Artıq Instagram-da hər hansı bir istifadəçinin profilinə daxil olanda “əlaqəyə keç” düyməsini adlandırılan bir düymə görəcəyik ki, bu xüsusiyyət vasitəsilə istifadəçiyə direkt mesaj daha asanlıqla yollamaq mümkün olacaq. Eyni zamanda, öz profil səhifəsində bu düyməni  “profilində düzəliş et” bölməsinin yanında görəcəyik.

Hal-hazırda test versiyasında olan yeniləmə ilə gələcək olan daha bir yenilik Instagram-ın istifadəçilərə statistik məlumatları təqdim etməsi yeniliyidir. Dəqiq olaraq söhbət hansı məlumatlardan getdiyi məlum olmasada, yəqin ki, bu digər istifadəçilərin yaş, yaşayış yeri və bu kimi məlumatlardır.

Daha bir naməlum yenilik “fikirlər”dir ki, bu yeniliyin məğzi haqqında ətraflı məlumat hələki yoxdur.