İnnovasiyalar Stiv Cobsla bərabər getdi

Huawei şirkətinin vitse-prezidenti Riçard Yu verdiyi müsahibə zamanı istehlak elektronika bazarında innovasiyalar haqqında cəsarətli bir açıqlama edib.

“İnnovasiyalar Stiv Cobsla bərabər getdi.”

Bununla Riçard yetinməyib və Samsung şirkətini ucuz plastiklərdən imtina etməyə və yüksək texnologiyaya sahib materiallardan istifadə etməyə çağırıb.

Təbii ki, rəhbər şəxs Huawei şirkətini tərifləməyi unutmayıb . Cənab Yu Huawei smartfonlarının dizaynını iki səbəbdən ən yaxşı hesab edir: unikallıq və Avropa və Asiyanı özündə birləşdirməsi. O, həmçinin qeyd etmişdir ki, yüksək klass seqmentində lidərlərdən biri olmaq üçün və öz üzərilərindən başlanğıc səviyyə smartfon istehsalçısı damğasını götürmək üçün şirkət çox güc qoymalıdır.