İlk mobil telefon

Mobil telefon yaratmaq ideyası “Bell Labs” şirkətində hələ 1946-cı ildə yaranmışdı. O vaxt şirkət dünyada ilk dəfə olaraq radiotelefon xidməti yaratmışdı; bu, telefon və radiogöndəricinin hibridi idi. 1956-cı ildə telefon, mikrofon və nömrəyığanı özündə birləşdirən dəstək formalı telefon aparatı meydana çıxdı. Bu aparatın çəkisi çox olsa da, ona olan tələbat böyük idi.

Telefonun ikinci dəfə dünyaya gəlişi isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.

Satış məqsədi ilə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün “Motorolla” şirkəti 100 mln. dollara başa gələn bir aparatı təqdim etdi. Motorola DynaTAC 8000X, ölçüləri isə 13 x 1.75 x 3.5 sm. Onun çəkisi 794 qram, həcmi isə 33×4.4×8.9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbələrdə gözləyirdi. İndi isə çox gülməli bir qiymətə bu telefonu əldə etmək mümkündür.

Uzun-uzadı təkmilləşdirilmələrdən sonra mobil aparata saatı, təqvimi və digər rahatlığı olan qrafik displeylər əlavə olundu. Cib telefonlarının çəkisi getdikcə azaldı.