İKT Müsabiqə

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 131 illiyinə həsr olunmuş müsabiqə elan edir. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

  • İKT üzrə ən yaxşı elmi məqalə
  • İKT üzrə ən yaxşı kitab
  • Ən yaxşı elektron dövlət xidməti

Müsabiqədə iştirak etmək üçün www.aztelekom.org/iktmusabiqe saytında qeydiyyatdan keçmək zəruridir. Qeydiyyatdan keçmiş nominantlar nominasiyalar üzrə materiallarını www.aztelekom.org/iktmusabiqe saytı vasitəsi ilə təqdim edir. Eyni zamanda, materiallar kağız formatında münsiflər heyətinə (Z.Əliyeva küç., 33 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə) təqdim olunur.

Müsabiqə iki mərhələdə keçirilir.

I mərhələdə nominantlara səsvermə www.aztelekom.org/iktmusabiqe saytından online həyata keçirilir.

II mərhələdə nominantlar arasından qaliblər münsiflər heyəti tərəfindən (online səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən edilir.

Materialların təqdimi 22.10.2012-ci il tarixindən 27.11.2012-ci il tarixinə kimi aparılacaqdır.

I mərhələ üzrə online səsvermə 22.10.2012-ci il tarixindən 28.11.2012-ci il tarixinə kimi davam edəcəkdir.

Nominasiyalar üzrə qaliblər 30.11.2012-ci il tarixində müəyyən olunacaqdır.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Əlaqə telefonu: (012) 598-38-80
Mənbə: AzTeleKom