İçərişəhərin Ərazisi Wi-Fi Şəbəkəsi ilə Əhatə Olunub

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi http://www.icherisheher.gov.az/ simsiz Wi-Fi şəbəkəsi ilə tam əhatə olunub, Trend yazır.

Simsiz şəbəkəyə çıxış sayəsində istifadəçilər elektron bələdçi və internet resurslardan (icherisheher.gov.az, Facebook sosial şəbəkəsində “İçərişəhər” səhifəsinə və bəzi KİV səhifələrinə) pulsuz istifadə imkanı əldə edəcəklər.

Wi-Fi texnologiyası üzrə simsiz çıxış istifadəçilər üçün daha məqbuldur, çünki bazarda bu standartı dəstəkləyən (noutbuklar, telefonlar, smartfonlar) xeyli qurğular var.

 

 

Mənbə: http://www.mincom.gov.az