Hyundai yeni avtomobil istehsal edir

Hyundai avtomobil istehsalında daha bir yeniliyə imza atmaq niyyətindədir. Şirkət  hidrogenlə işləyən avtomobil istehsal edəcək. Ilk olaraq 2015-ci ildə Hyundai ix35 Fuel Cell avtomobilinin şirkətin Koreyadakı zavodunda 1000 ədəd istehsal olunması planlaşdırılır.

Hyundai Motor Company-nin Eko Texnoloji Araşdırma İnstitutu 1998-ci ildən texnologiyada və avtomobil sənayesində çevriliş üzərində çalışır.

100 kilovattlıq elektrik mühərriki ilə təchiz olunan  Hyundai ix35 Fuel Cell-in 5.65 kq ağırlığında 2 hidrogen çəni ilə bir doldurmada 594 km getmək üçün kifayətdir. Mühərrik sıxılmış hidrogenin enerjisindən yaranan elektriklə işə düşür.  Hyundai ix35 Fuel Cell  su ilə çalışır. 12.8 saniyəyə 100km/saat sürət yığa bilən avtomobilin maksimal sürəti 160km/saatdır.

Artıq ilk sifarişləri almağa başlayan avtomibilin ilk alıcıları Danimarkanın paytaxtı Kopenhagenin meriyası olacaq. Onlar 2025-ci ilədək karbon tullantısı olmayan şəhərə çevirmək məqsədinə nail olmaq üçün 15 ədəd avtomobil sifarış ediblər. Hətta bu avtomobili “yanacaq”la təmin etmək üçün Kopenhagendə xüsusi məntəqə də açılıb. Berlində, Brüsseldə keçirilən təqdimatlarda digər Avropa ölkələri dəbazarın  bu yeniliyə hazır olduğunu göstərib.

Avtomobilin kütləvi istehsalı düşünülür