Huawei P9-un qiyməti müəyyənləşdi

Huawei ötən aylarda yeni smartfon modeli Huawei P9-u təqdim etmişdi. Qoşa kamerası ilə diqqəti cəlb edən P9-un qiyməti bilinmirdi. Telefonun qiymətinin təxminən 1000 manat olacağı deyilsədə rəsmi təsdiqini tapmamışdı.

Huawei dünən qardaş Türkiyədə satışa çıxaracağı P9-un qiymətinni rəsmi olaraq açıqlayıb. Belə ki, P9-u almaq istəyənlər 700 manatından keçməlidi.

Huawei P9 Fiyatı Açıklandı!

Telefonun texniki xüsusiyyətlərini nəzərə aldıqda qiyməti o qədərdə baha hesab oluna bilməz:

  • Ölçüsü: 145mm x 70.90mm x 6.95mm
  • Qrafika vahidi: Mali-T880 MP4
  • Batareya: 3.000 mAh
  • Ram: 3 GB / 4 GB LPDDR4
  • Ekran: 5.2 düym (1920×1080) Corning Gorilla Glass 4 qoruyucu
  • Kamera: 12 Meqapiksel görüntüləmə keyfiyyətində arxa kamera, 8 Meqapiksel görüntüləmə keyfiyyətində ön kamera
  • Əməliyyat sistemi: Android 6.0 Marshmallow
  • Daxili yaddaş: 32 / 64 GB (microSD kartı ilə 128 GB-a qədər artırılabilər)
  • Əlaqə: 802.11 a, b, g, n, ac, Bluetooth 4.2, NFC, USB Type-C