Huawei notbuk istehsalına başlayır

Qıza zamanda böyük uğurlura imza atan və ölkəmizdə də geniş istifadəçi kütləsinə malik Huawei bu uğurları ilə kifayətlənmək fikrində deyil. Belə ki, şirkət notbuk istehsalına başlamağı planlaşdırır.

Huawei-nin istehsal edəcəyi kompüterlerdə hansı əməliyyat sistemindən istifadə edəcəyi bilinməsədə, 2 əməliyyat sistemli modellərə üstünlük veriləcəyi deyilir.

Son dövrlər Samsung və Dell kimi kompüter istehsal edən şirkətlərin də üstünlük verdiyi və böyük maraqla qarşılanan bu tipli kompüterlər, görünür, Huawei-nin də diqqətini çəkib.

Verilən məlumatlara görə Huawei notbuklarının adı MateBook olacaq. Prosessor məsələsində isə gözlənildiyi kimi Intel-ə üstünlük veriləcək.

Huawei notbuklarını bazarda ən tez bu ilin üçüncü rübündə görmə şansımız var.