Huawei notbuk istehsal edəcək

Daha çox telefon istehsalatçısı kimi tanınan Huawei öz biznesini genişləndirmək niyyətindədir. Gəzən şaiyələrə görə şirkət tezliklə notbuk istehsal etməyə başlayacaq.

Son illər öz marka dəyərini xeyli artıran Çin şirkəti Huawei, tezliklə ictimaiyyət qarşısına yeni notbuk modelləri ilə çıxmağı planlaşdırır. Dünyanın ən böyük üçüncü telefon istehsal edən şirkəti artıq bu istiqamətdə danışıqlara başlayıb.

Huawei artıq BYD Electronics şirkəti ilə danışıqlara başlayıb. Şirkət notbukun tərtibatını şirkətə etdirəcək və notbuklara öz loqosunu vuracaq. Huawei-nin  notbukunun adı Matbook olacaq və Windows 10 əməliyyat sistemi ilə çalışacaq. Matbook-u eyni zamanda tablet kimi də istifadə etmək mümkün olacaq.

Huawei-nin belə bir addım atmasının əsl səbəbi kimi bazarda ən böyük rəqibi olan Xiaomi-nin də kompüter istehsal etmək istəyi hesab edilir.