Smartfon Huawei Ascend Mate

Apple və Samsungu “Olimp zirvəsindən” salmağa hazırlaşan Çin şirkəti Huawei CES 2013  sərgisi ərəfəsində Ascend Mate smartfonunu təqdim edib. Smartfonun əsas fərqi diaqonal ölçüsü 6,1 düym olan ekranıdır.

Cihaz firma mağazasında Huawei şirkətinin vitse prezidenti Riçard Yu tərəfindən göstərilib. Bu “nəhəngin” içərisində işləmə tezliyi 1,8 GHz olan, dörd nüvəli prosessor HiSilicon K3V3 yatır. Ekranı 1920×1080 piksel genişliyə sahibdir.

İlkin məlumatlara görə Huawei Ascend Mate smartfonunun konfiqurasiyasına 2 Gb operativ yaddaş, 32 Gb əlavə yaddaş kartı və 4000mAh həcmində batareya daxildir. Bütün bu göstəricilərlə smartfonun korpusunun qalınlığı 9,9 mm olur. Bu smartfon asanlıqla fablet (phablet) hesab oluna bilər və bununla istədiyiniz 3D oyunu da problemsiz oynaya bilərsiniz.

Huawei Ascend Mate smartfonunun qiyməti 480 dollar olacaq.