Huawei Apple və Samsung’un yerinə göz dikib

Günümüzdə texnologiya şirkətlərindən heç biri smartfon bazarında dünyanın 3-cü istahsalçısı olmağa uzun müddətli iddia edə bilmir. Ötən ilin dördüncü rübündə Huawei şirkəti LG, Sony və HTC keçərək 3-cü olmuşdu. Amma çin şirkətinin ambisiyaları bununla bitmir. Huawei şirkətinin rəhbərliyi Apple və Samsung rejimini dağıtmaq planlarını açıqlayıb.

Huawei şirkətinin icraçı direktoru Van Byao The Telegraph qəzetinə intervyusunda bildirib ki, şirkət gəlirlərinin 10 faizini smartfonların elmi araşdırılması və hazırlanmasına investisiya edir. O qeyd ebid ki, yalnız radio texnologiyalar üzərində 10 000 mühəndis çalışır. Huawei innovasiyalarına sübut kimi bu yaxınlarda Barselonada keçirilən Mobile World Congress sərgisində təqdim edilən dünyanın ən sürətli Ascend P2 smartfonunu göstərmək olar.

«Beş il bundan öncə Apple və Samsung indiki qədər böyük deyildilər. Beş il sonra bizim hansı mövqeni tutacağımızı kimsə deyə bilməz. Minamal olaraq ilk üçlükdə olacayıq. Birinci yer də ola bilər».

Huawei dünya mobil cihaz bazarını zəbt etmək iddiasındadır. Şirkətin planlarına əsasən regionlara görə dəyişiklik göstərəcək aşağı və orta səviyyəli smartfonar buraxmaq daxildir. Yüksək səviyyə cihazlar isə bütün dünya üçün vahid dizayna sahib olacaq.
OLYMPUS DIGITAL CAMERA

Şirkət rəhbəri əlavə olaraq qeyd edib ki, Huawei bazara yeni nəsil iPhone ilə birbaşa rəqabət aparacaq yüksək texnologiyalı smartfon çıxarmağı da planlayır. Güclü marketing strategiyası şirkətin uğurlu imicinin formalaşmasında yardımçı olacaq.

Android smartfonlarla yanaşı şirkət Windows Phone 8 cihazların da istehsalına diqqət ayırır. Byao iddia edir ki, şirkət qısa zaman kəsiyində yeni yüksək bir səviyyəyə qalxacaq. Bu işdə Huawei şirkətinə smartfon hazırlanması ilə məşğul olan 45 000 mühəndis yardımçı olacaq.

«İnnovasiyalarda əsas üstünlük  radio əlaqəsinə verilir. Biz dahe enerji qənaətcilli, dəqiq səs və video ötürmə qabiliyyəti olan smartfonlar  buraxa bilərik. Bu bizi digərlərindən fərqləndirir».

Bütün nailiyyətlərə baxmayaraq, Huawei ticari markalı smartfonlar istifadəçilərin gözündə əvvəlki kimi aşağı sinif nüfuza sahibdir. Bu situasiya ilin sonuna kimi dəyişməlidir.