HTC yeni Facebook-smartfon hazırlayır

Facebook şirkəti 2013-cü il 15 yanvar tarixində xüsusi tədbir çərçivəsində nə isə möhtəşəm bir şey təqdim etməyə hazırlaşır. Hal-hazırda internetdə ehtimallar gəzir ki, bu Facebook smartfonu və ya mobil əməliyyat sistemi ola bilər.

Facebook mütəxəssisləri tərəfindən hazırlanmış smartfon haqqında şayələr artıq uzun müddətdir gəzir. Bu halda ağıla 2012 ci ilin noyabr ayında haqqında şayələr yayılan sirrli Opera UL smartfonu gəlir. Daha əvvəl məlumat verilirdi ki, Opera UL 2013-cü ilin ikinci yarım illiyində çıxacaq və HTC ChaCha və Salsa modellərindən fərqli olaraq tam Facebook yönlü smartfon olacaq. Bizi izləyin hər hansı yenilik olan kimi xəbərlərdən dərhal məlumatlı olacaqsınız.