HTC şirkəti gəlirlərini xeyli artırıb

2013-cü ilin ikinci rübündə HTC şirkətinin xalis mənfəəti HTC One smartfonunun uğurlu satışları nəticəsində artaraq 1,25 milyard Tayvan dolları (təxminən 41,63 milyon ABŞ dolları) olub.

 

ICTnews  bildirir ki, bir il əvvəl HTC şirkətinin xalis mənfəəti 7,4 milyard Tayvan dolları olub, 2013-cü ilin birinci rübündə isə 85 milyon Tayvan dolları təşkil edib.