HTC M7 smartfonunun təqdimat tarixi bəlli oldu

Son zamanlar HTC M7 smartfonu haqqında çox məlumatlar yayılır. Mənbələrin məlumatına görə nəhayət çoxdan gözlənilən HTC M7 smartfonunun təqdimatı bu ilin 19 fevral tarixində keçiriləcək.

Yeni cihaz Londonda baş tutacaq xüsusi tədbir çərçivəsində təqdim ediləcək. Xatırladaq ki, HTC M7 4,7-düymlu sensor SoLux ekrana (1 düymə düşən piksel sayı 468, bu iPhone 5’dən 40 faiz daha çoxdur), 1,7 GHrz tezlikdə işləyən dörd nüvəli Qualcomm prosessora sahib olacaq. Smartfon həmçinin 2 Gb operativ yaddaş, 32 Gb əlavə flash yaddaş kartı, 2300 mAh həcmli batareya və 13 Mpix kamera ilə təchiz ediləcək. Daha detallı göstəricilərlə aşağıdakı şəkildən tanış ola bilərsiniz.
smartfon-gostericiler-HTC-M7