HTC ABŞ Bazarını Tərk Edir

Tayvan şirkəti ABŞ-da planşet satışından imtina etdi. HTC şirkətinin qlobal kommunikasiya meneceri Cef Qordanın sözlərinə görə HTC, planşet bazarına onlara sərf edəcək şərtlər daxilində, bunun üçün münbit şərait olduqda dönəcək. Əslində mövcud durumda ABŞ bazarında bir dənə də olsun HTC planşetləri satışda yoxdu. Bilinmir kim kimdən qaçır. Həmçinin HTC planşet seqmentində o qədər də aktivliyi ilə fərqlənmir. Son bir neçə il ərzində onlar cəmisi 3 model buraxıblar: Flyer, Evo View 4G və Jetstream.  Bunlara baxmayaraq, şirkət rəhbərliyi iddia edir ki, HTC olaraq bazarın inkiafını həmişə diqqətlə izləyəcəklər. Amma hələ ki, bazarda paya sahib olmaq üçün buraxa biləcəkləri planşet ideyası yoxdur. Xatırladaq ki, LG Electronics də bu yay planşet istehsalından imtina edib.