HP-nin Rüblük Mənfəəti 32 Faiz Azalıb

ABŞ-ın Hewlett-Packard (HP) şirkətinin cari ilin aprelində başa çatan 2013-cü maliyyə ilinin ikinci rübündə xalis mənfəəti 32 faiz azalaraq 1,1 milyard dollar təşkil edib. Xatırladaq ki, 2012-ci maliyyə ilinin yekunlarına görə HP 1,6 milyard dollar məbləğində xalis mənfəət əldə etdiyini açıqlamışdı. Cari ilin fevral ayından aprelədək olan dövr ərzində mədaxilin məbləği 27,6 milyard dollara çatıb ki, bu da 2012-ci ildən 10 faiz azdır.

RBK saytı yazır ki, xalis mənfəətin bir adi səhmə olan nisbəti bir il əvvəlin analoji dövri ilə müqayisədə 31 faiz – 0,80 dollardan 0,55 dollaradək aşağı düşüb.

Şirkətin maliyyə göstəriciləri 7 rübdür ardıcıl olaraq azalmaqda davam edir.

HP rəhbəri xanım Meq Uitmen bildirib ki, ikinci rübün nəticələrindən razıdır və investorlar və şirkəti HP-nin strukturunun yenidən qurulmasına bir neçə il lazım olacağını nəzərə almağa çağırıb.

Korporasiyanın hesabatında o da deyilir ki, rüblük hesabatda fərdi kompüterlərin satışı 20 faiz azalaraq 7,58 milyard dollara çatıb, buna həmçinin Windows 8 əməliyyat sisteminin və Qərb bazarları üçün geniş qiymət güzəştləri də kömək etməyib.

Xatırladaq ki, bir müddət əvvəl fərdi kompüterlərin satış həcminin kəskin aşağı düşməsi barədə IDC və Gartner analitik şirkətlərinin nümayəndələri də demişdilər.

 

Mənbə: http://www.mincom.gov.az