Hindistan Facebookda birinci oldu

Facebook şirkətinin reklamverənlərə yönləndirdiyi açıqlamada bildirildiyinə əsasən Hindistan ən çox istifadəçi sayı ilə Amerika Birləşmiş Ştatlarını keçərək Facebookun ən geniş istifadəçi kütləsinə malik olub. 13 iyul tarixli Facebook hesabatına əsasən Hindistanda 241 milyon, ABŞ-da isə 240 milyon istifadəçi var.

İyul ayı üzrə Facebook istifadəçiləri reytinqi

Azərbaycanda isə son ildə daha çox Instagram istifadəçilərinin sayının sürətlə artması müşahidə olunur. Hal-hazırda Azərbaycanda 1,7 milyon Facebook istifadəçisinin, 1,6 milyon Instagram istifadəçisinin olduğu ehtimal olunur.