Heyvanlar aləmi – uşaqlar üçün azərbaycan dilində tətbiq

Həm azərbaycan dilində, həm maarifləndirici, həm də uşaqlar üçün tətbiq tapmaq asan deyil. Məhdud sayda bu qəbildən tətbiqlərin olduğu bir zamanda Ivytech Innovations şirkəti yeni faydalı tətbiqlə valideynləri sevindirir.

Dövrümüzdə smartfonların və mobil cihazların hətta uşaqlar tərəfindən də çox istifadə olunduğunu demək üçün ciddi araşdırmaya ehtiyac yoxdur. Ətrafımızdakı valideynlərin uşaqlarının başını qatmaq yaxud sakitləşdirmək üçün tez-tez smartfon yaxud mobil cihazlardan istifadə etdiyinin şahidi olmusunuz hər halda. Heç də hər zaman uşaqlarımız ən uğurlu məlumatlarla qarşılaşmırlar. Azərbaycan dilində məlumatdan isə bir çox halda söhbət belə gedə bilməz.

Ivytech Innovations şirkəti isə yeni Heyvanlar Aləmi tətbiqi ilə valideynləri və uşaqları sevindirir. Bu tətbiqdə 100-dən çox heyvan haqqında məlumat və heyvan səsləri mövcuddur. Uşaqlar bu tətbiq sayəsində 100-dən çox heyvan və heyvan səsi ilə tanış olacaq, kiçik yaşdan artıq heyvanlar aləmi barədə məlumat sahibi olacaq.

Heyvanlar aləmi - arı

Heyvanlar aləmi tətbiqinin pulsuz versiyasını asanlıqla Google Playstore-dan yükləyə bilərsiniz. Tətbiqin həm də ödənişli və bir sıra premium imkanlara malik versiyası da mövcuddur. Tətbiqin ödənişli versiyasının qiyməti 0,99 ABŞ dolları təşkil edir və asanlıqla yükləyə bilərsiniz.

Heyvanlar aləmi - ayı