Hərəkət etməklə telefonunuzn batareyasını doldurun

Sizin fiziki hərəkətlərinizi elektrik enerjisinə çevirə bilən İnfinity Cell adlı bu cihazla siz artıq iPhone-nunuzun batareyasını doldura bilərsiniz.

Bir vaxtlar batareya ilə çalışan əl fənərlərinə alternativ olaraq istehsal edilən və cəmiyyətin böyük diqqət göstərdiyi kinetik enerji ilə çalışan əl fənərləri yəqin ki, yadınızdadır. Indi isə sizlərə təqdim edəcəyimiz  kinetik enerji ilə çalışan İnfinity Cell adlı cihaz sizin fiziki hərəkətlərinizi elektrik enerjisinə çevirir və bununla da sizing iPhone-nunuz enerji yığa biləcək

Hazırda ən böyük narahatlığa çevrilən telefon enerjisinin bitməsi problemi artıq siz yorulmadığınız müddətdə çətinlik yaratmayacaq. Cihaz haqqında verilən məlumata görə, əgər siz onu yarım saat boyunca silkələsəniz əldə olunan kinetik enerji sayəsində iPhone-nunuza 20 %  enerji yığa bilərsiniz. Lakin əgər siz batareyanızı tam doldurmaq istəyirsinizsə İnfinity Cell-i 3 saat boyunca silkələməlisiniz. Eyni zamanda hərəkətlərinizlə telefonunuza nə qədər enerji yığa bildiyinizi də elə cihazın özünün tətbiq etdiyi iOS tətbiqetməsi ilə nəzarət edə bilərsiniz.

Məhsulun daha az hərəkətlə daha çox enerji istehsal etməsi üçün işlər davam edir. Cihazın qiyməti hələ dəqiq məlum olmasa da, bəzi mənbələr bunun 155 dollar olacağını bildirir. Cihaz hələ ki, sadəcə iPhone 4 və 4S üçün istehsal ediləcək.