Həftənin Android tətbiqetmələri

Son bir həftə ərzində yayımlanmış Android tətbiqetmələrindən (application) seçdiyimiz ən yaxşı 10-unu sizə təqdim edirik. Hər bir tətbiqetmə üçün keçid verilmişdir.

Rumpus : Musiqi həvəskarları üçün xoş xəbər. Əgər siz Android istifadəçisi isəniz bu tətbiqetmə vasitəsilə siz minlərlə musiqi dinləyə, müğənni və qrupların bioqrafiyaları ilə tanış ola bilərsiniz. Eyni zamanda tətbiqetmə musiqi kliplərini izləmə, endirilmiş mağazadan musiqilərin endirilməsinə də imkan verir. Nexus 7 istifadəçiləri arasındasınızsa yoxlamağa dəyər. Ödənişsizdir.

Twitpic : Mütəxəssis rəyləri göstərir ki, şəkil və videoların Twitterdə paylaşılması üçün ən yaxşı vasitə elə Twitpicdir. Sevindiric haldır ki, Facebookun Instagramından sonra Android + Twitter istifadəçiləri Twitpicin üstünlüklərindən də faydalana biləcəklər. Ödənişsizdir.

Noddy in Toyland : Avanquest bu oyunu yayımlamaqla məşhur TV proqramının ulduzlarını (Tessie, Mr Plod, Bumpy, Mr Jumbo and The Skittles, və s.) Android mobil cihazlarına gətirdi. Tətbiqetmədə tapmacalar, məntiq oyunları, maşın yarışı və bir sıra başqa oyunlar mövcuddur. Ödənişlidir, qiyməti $3.01

Dr Seuss’ Sleep Book : Uşaqlarının daha asan yuxuya getməsini istəyən Android istifadəçisi valideynlər üçün yeni tətbiqetmə. Məşhur TV proqram ulduzu Dr.Seuss və onun hekayələrində iştirak edən 10-larla məxluqların yuxulma səsləri və müxtəlif maraqlı şəkillər uşağın yuxuya getməsinə kömək edir. Ödənişlidir, qiyməti $3.99

Trello : Android istifadəçiləri üçün yayımlanmış və ilk istifadəçiləri tərəfindən kifayət qədər müsbət rəylər alan şəxsi menecment tətbiqetməsidir. Trello vasitəsilə siz ad günləri, mərasimlər, iclaslar, satışlar, günlük əməliyatlar və hər hansı işinizi asanlıqla təşkil edə bilərsiniz. Ödənişsizdir.

Modern War : Əgər siz RPG oyunları həvəskarısınızsa əsl sizin üçün hazırlanmış bu oyunu test etməlisiniz. Oyunda siz öz bazanızı inkişaf etdirməklə bərabər digər onlayn oyunçularla də rəqabət aparırsınız, pul və təcrübə toplayaraq mərhələlər keçirsiniz. Oyun maraqlı olduğu qədər zamanla çətinləşir, rəqabət artır. Ödənişsizdir.

NBC Olympics Live Extra : Android istifadəçiləri bu tətbiqetmənin köməyi ilə London 2012 Olimpiya oyunlarını daha yaxından izləyəcəklər. Canlı olaraq yarışları izləmək, müxtəlif kameralardan görüntüləri dəyişdirmək imkanına sahib olacaqsınız. Ödənişsizdir.

AutoRap : Əgər siz həm rep həvəskarı, həm də Android istifadəçisisinizsə o zaman bu tətbiqetmə sizin gününüzü daha da əyləncəli hala gətirəcək. Pulsuz bir sıra rep ritmlərini səsləndirərək öz səsinizi yaxud şeirinizi yaza bilərsiniz. Tətbiqetmə avtomatik olaraq sizin danışdıqlarınızı əməliyatdan keçirir və ritmə uyğun hala gətirir. iPhone istifadəçiləri üçün son zamanların ən çox əyləndirən tətbiqetmələrindən olan AutoRap artıq Android istifadəçiləri üçün də mövcuddur. Ödənişsizdir.

Sizin bildiyiniz başqa hansı Android tətbiqetmələri (application) yayımlanıb? Bizimlə şərhlər hissəsində bölüşə bilərsiniz.