Hashtag artıq Facebookda

Facebookda istifadə rahatlığını təmin edəcək daha bir özəllik gəlir.

Sosial şəbəkələrlə arası yaxşı olan oxucuların da bildiyi kimi dünyadakı  iki nəhəng platformadan biri də  Twitter-dir. Firma üzvlərin daha aktiv paylaşımlar edə bilməsi və daha çox insanın ortaq fikirlərini bir araya toplamaq üçün etdiyi xüsusiyyətlərlə istifaçilərin marağına səbəb olur.

Twitter-də ən çox qarşılaşdığımız Hashtag özəlliyi sayəsində milyonlarla eyni fikrə sahib istifadəçi bir araya toplaşır. Digər tərəfdən, bunun bir zamanlar ortaq fikirləri tapmaq məqsədilə Facebook-da açılan minlərlə qrupa bənzədildiyini söyləmək mümkündür.

Twitter-də əksər istifadəçilərin aktiv olaraq yararlandığı Hashtag özəlliyi artıq Facebook-da.  Wall Street Journal-da yer alan məlumata görə Facebook diqqətini bu tip indeksləmə üzərində cəmləyib. Bu çalışmanın nə vaxt sonlanacağı məlum olmasa da, yeni dizaynla bərabər gələcəyi düşünülən “Gündəm maddələri” bölməsini görsək təəccüblənməməliyik.