Haqqımızda

Biz kimik?

«NOD» Azərbaycanda start götürmüş, azərbaycan dilində nəşr olunan texnologiya jurnalıdır. Bütün texnologiya və elektronika dünyasını əhatə etməyə çalışan jurnalda xəbər xarakteri daşıyan yazılardan daha çox öyrədici və məqalə – araşdırma tipli yazılar üstünlük təşkil edir. Jurnalda mobil telefonlar, masa üstü kompüterlər, notbuklar, tabletlər, məişət avadanlıqları, televizorlar, multimedia cihazları, kameralar, internet dünyası, elektron biznes, texnologiya tarixi və digər əlaqədar mövzularda mütəxəssislər tərəfindən yazılmış məqalələr yer alır.

Üstünlüyümüz

  • Jurnal azərbaycan dilindədir. Öz dilimizdə texnologiya ədəbiyatının qıtlığını nəzərə alsaq, bu ən mühim amildir.
  • Məqalələrin keyfiyəti. Jurnal sadəcə xəbər tipli yazılardan ibarət olmadığı üçün bir müddət sonra dəyərini itirmir. Daha çox öyrədici dərsliklər, analizlər, araşdırmalar yer aldığı üçün “jurnal-kitab” xarakteri daşıyır.
  • Sadə dildə yazılar. Asanlıqla anlaşılan və yorucu olmayan məqalələr yazılır.
  • Çatdırılma və abunəlik xidməti.
  • Güclü komanda və yazar heyəti.

Vizyonumuz

Azərbaycanda texnologiya həvəskarı olan hər bir vətəndaş tərəfindən oxunan və hər zaman müraciət olunan jurnal olmaq.

Leave a Reply