Hansı yaxşıdır? Core i3, i5, yoxsa i7?

İntelin Core xətti – Core i3, Core i5 və Core i7 prosessorları hələ də prosessorlar xəttində nisbətən cavan prosessorlar sayılırlar. Burada biz üç prosessoru nəzərdən keçirəcəyik, onların texnologiyasından, İntelin fəlsəfəsindən danışacağıq və sizə onlardan hansının alınması haqqında qərar verməyə kömək edəcəyik.

Prosessorların ənənəvi müqayisəsinin yerinə sizə xeyli test, məhsuldarlıq xarakteristikası və sair şeylər göstərəcəyik. Bu baxış İntelin əsas xəttindəki “nüvəni” izah etməyə yönələcək.

Testlər kompüter oyunçularına xeyirli olsalar da, adi kompüter işlədənin də xeyrinə yarayacaq. Bu məqalə sizə lazım olan tələbatlarınıza görə yaxşı kompüter seçməyə kömək edəcək.

Sizə maraqlı ola bilər ki, Core prosessoru olan kompüter almağa dəyərmi? Ən son model bir cihaz alandan sonra səhəri günü şirkətin daha yeni bir model buraxdığını eşidib dəli olanlar üçün bu suala cavab məyusedici olacaq.

Lakin, cavab var. İndiki zamanda Core prosessoru olan kompüteri almağa dəyər. İntel illərdir ki, məhsullarının xəttini qoruyur. Misal olaraq, Core 2 Duo prosessorunu baxın.

Core 2 Duo prosessorları ilk dəfə ərsəyə 2006-cı ilin ortalarında çıxdı. Kompüter istehsalçıları hələ indi-indi öz model sıralarına Core 2 Duo-nu salmağa başlayırlar. Bir qədər öncə dediyimiz kimi, Core i3, Core i5 və Core i7 prosessorları hələ çox cavandırlar.

Studio Desktop

Bir misal verək. Yuxarıdakı şəkildə olan Studio Desktop-u almağa dəyərmi? Qətiyyən yox. Köhnə Core 2 Duo prosessorları üçün 759 dollar pul vermək çox bahadır. Ondansa, aşağıdakı varianta əl atmaq daha yaxşı olardı.

Inspiron 580 Desktop

Nəyə görə İnspiron kompüteri Studio-dan ucuzdur? İnspironun Dell-in ana xətti olmağından əlavə, Studio Dell-in orta xəttinə aiddir. Core xəttinin i3, i5, i7 prosessorları Core 2 Duos-dan və Core2 Quad-dan daha ucuzdur. Onları almaq daha da sərf edir.

Hər halda, bu, iqtisadi mübarizə ilə əlaqəlidir, ondan başqa, İntel-in rəqib kompaniyası olan AMD-yə də təzyiq etmək planını nəzərə almaq olar, çünki AMD-nin daha əldə olunan prosessor buraxmaq kimi reputasiyası İntel-in eyni reputasiyasından çoxdur.

Core i3

Core i3 sonuncu büdcə prosessorlarındandır. Core i3 prosessorların ən dibində olmasına baxmayaraq, o, çox yaxşı prosessordur ki, çoxsaylı istifadəçilər və ekspertlər onun haqqında yaxşı fikirlər deyib.

i3 prosessorlarını özündə saxlayan texnologiya ikili nüvə bazasını, “hyper threading” dəstəyini və virtualizasiyanı saxlayır. Core i3 prosessorları Windows-un 64-bit versiyasını dəstləkləyir. İntel-in 32 nm texnologiyasının və yeni çipsetinin imkanlarından istifadə edərək, Core i3 prosessoru Core 2 Quad prosessorunun aşağı həddinə yaxın bir prosessordur.

Core i3 prosessoru olan kompüteri almağa dəyərmi?

Vəziyyətdən asılıdır. Əgər siz kompüterin minimal imkanlarından istifadə edəcəksinizsə, misal üçün, işiniz ancaq mətn yazmaq, məktub yazmaq, internetdə işləmək olacaqsa, o zaman Core i3 prosessoru sizə nəinki kifayət edir, hətta sizin üçün artıqlıqla güclüdür. Core i3 prosessoru bir çoxları üçün olan real və əldə oluna bilən bir seçimdir.

Core i3 intel

Core i5

Core i5 “orta sinif” prosessorları arasında sonuncudur. Core i3-dən Core i5-ə addım atsanız, işlətdiyiniz proqramdan asılı olaraq, sürətdə böyük fərqi görəcəksiniz. Core i5 daha sürətlidir. Əgər siz kart oyunu, nərd oyunu və sair xırda oyunlar oynayırsınızsa, Facebook-a girirsinizsə, o zaman həmin sürət fərqini görməyəcəksiniz. O fərqi görmək üçün GTA 4, Sims 3 kimi ağır oyunlar oynamaq, 3DS Max, Adobe Flash kimi ağır proqramlar işlətmək lazımdır. Ağır proqramlar işlədirsinizsə, Core i5 əldə etməlisiniz, əks halda Core i3 sizin ürəyinizi çox sıxacaq.

Texniki olaraq Core i5 prosessorları bir az fərqli satılırlar. İki növ Core i5 prosessoru var – Dual Core və Quad Core. Dual Core i5 prosessorları 32nm texnologiyalı, Hyper Threading, virtualizasiya və Turbo Boost dəstəkləyirlər. Quad Core i5 prosessorları 45 nm texnologiyalıdırlar, virtualizasiya və Turbo Boost dəstəkləyirlər, ancaq Hyper Threading dəstəkləmirlər.

Hər iki prosessor tipi eyni işi görürmü? Əsasən hər ikisi eyni işi görür. Amma yenə də, hansısa əməliyyatların edilməsində biri digərindən daha yaxşı ola bilər. Lakin spesifik prosessor axtaranda, yoxlamaq lazımdır ki, hansı Core i5 iki nüvəlidir, hansı Core i5 dörd nüvəlidir. Dual Core iki nüvəli, Quad Core dörd nüvəli deməkdir.

Core i5 prosessoru olan kompüteri almağa dəyərmi? Çox hallarda, Core i5 alan uduzmur. Core i5 imkanları kifayət edir ki, məhsuldarlıq yaxşı olsun. Mətn yazmaq, məktub göndərmək, internetdə işləmək, oyun oynamaq və redaktə etmək, videoya baxmaq və bir çox fərqli iş görmək olar. Core i5 prosessoru kifayət qədər böyük imkanları olan məhsuldur. Kompüterlərini fərqli-fərqli məqsədlər üçün işlədənlərə uyğundur.

Core i5 intel

Core i7

Core i7 texniki cəhətdən ən bahalı prosessordur. Core i7 iki cür olur, aralarındakı fərq mikrosxemlərin quruluşundadır. Yeri gəlmişkən, əgər çipset sözünə rast gəlsəniz, bilin ki, çipset və mikrosxem eyni şeydir.

Core i7 prosessorları istənilən LGA1156 və ya LGA1366 çipsetlərinin birində əldə edilə biləndir. Hər iki çipset dörd nüvəli məhsuldarlıq təklif edir, eləcə də virtualizasiya, Turbo Boost texnologiyasını dəstləkləyir. Bundan başqa, i7 9xx seriyalı prosessorlar 1366 çipseti işlədirlər, bu da bütün prosessorlardan, hətta AMD-in buraxdığı prosessorlardan yaxşı hesab olunur.

Core i7-nin hər iki variantı bir çox hallarda eyni göstəriciləri verəcək. Aydın məsələdir ki, hər ikisinin məhsuldarlığı bütün digərlərini ötüb keçib. i7 9xx seriyalı prosessorlar ağır oyunlarda da yüksək məhsuldarlıq göstərirlər.

Core i7 prosessorlu kompüteri almağa dəyərmi?

Əlbəttə! Bunu da almağa dəyməzsə, o zaman nəyi dəyər ki?! Sizin Core i7 prosessorlu kompüteriniz varsa, o deməkdir ki, sizin imkanları məhdud olmayan və ya buna yaxın bir kompüteriniz var. Sizin ağlınıza bir gün Maya proqramını işlətmək gəlsə, rahatlıqla bunu edəcəksiniz. Kompüter işlətmək o demək deyil ki, yalnız Office proqramlarında fayl işləyirsiniz və ya Facebookda vaxt keçirirsiniz. İnsanın bəzən yaradıcılığı baş qaldırır, istəyir qeyri-adi bir şey yaratsın – kimisə Photoshop-da nəsə etsin və ya kimisə cizgi filmi düzəltsin. Sizin Core i7 prosessorunuz olan kompüteriniz varsa, sizə sadəcə olaraq Maya-nı və ya Adobe Flash-i öyrənməyiniz qalacaq, kompüteriniz sizi gözləyir. Pulunuz çatırsa, Core i7 prosessorlu kompüteri götürün. Uduzmayacaqsınız.

Core i7 intel

Gələcəkdə mümkün buraxılışlar

Əlbəttə ki, heç nə yerində durmur və inkişaf edir. Vaxt gələcək, bütün bu prosessorlar da tarixə qarışacaqlar, lakin həmin vaxt gəlməyib və o səbəbdən də, ən müasir prosessora malik olmaq üçün, Core i7 əldə etmək gərəkdir.

Çox entuziastlar qeyd edirlər ki, İntel bir az da qabağa gedib, Core i9 prosessorunu buraxacaq. Bununla belə, onun çıxması ilə, i3, i5 və i7 prosessorlarına olan qiymətlər düşməyəcək, sadəcə, i9 üçün olan qiymətlər yüksək olacaq.

Digər yenilənmələrə gəlincə isə, İntel hələ yaxın zamanda yeni prosessorlar buraxmaq niyyətində deyil. Ola bilər ki, xırda inkişaflar olsun, misal üçün, prosessor tezliyi 2.4GHz-dən 3.0GHz-yə qədər qaldırıla bilər və sair.

Nəticə və məsləhət

Core i3, Core i5, və ya Core i7 prosessorlarından birini almaq fikrindəsinizsə, hər üç prosessor ekspertlər tərəfindən yüksək qiymətləndirilib və seçim sizin kompüterdə edəcəyiniz işdən asılı olacaq.

Prosessorlar arasında fərq göz qabağındadır və onların qiymətləri də bunu biruzə verir. Büdcənizə uyğun computer də ala bilərsiniz, pulunuzu yığıb baha olanını da ala bilərsiniz. Seçim sizin əlinizdədir. Lakin yüksək qiymətli Core 2 Duo və ya Core 2 Quad prosessorları olan kompüterləri almayın, çünki o prosessorların vaxtı keçib, yerləri muzeydir.

Core i3-i5-i7 prosessorları özlərinə uyğun məhsuldarlığı yüksək dərəcədə təşkil edə bilirlər. Yeni seriyalar yeni mikrosxemlə təhciz olunmuş olurlar, bu da onların gələcəyə daha yaxın olması deməkdir.

Texniki xüsusiyyətlər

 

Ad Core i3-2100 Core i5-2500k Core i7-2600
Qiyməti $124.99 $219.99 $299.99
Nüvə sayı 2 4 4
Yiv sayı 4 4 8
Saat sürəti 3.1 GHz 3.3 GHz 3.4 GHz
Max Turbo Tezliyi n/a 3.7 GHz 3.8 GHz
Keş (Cache) 3 MB 6 MB 8 MB
Bus/Core Ratio 31 33 34
System Bus 5 GT/s 5 GT/s 5 GT/s
İnstruksiya seti 64-bit 64-bit 64-bit
Litoqrafiya 32 nm 32 nm 32 nm
Max TDP 65 W 95 W 95 W
Yaddaş xüsusiyyətləri
Maksimal yaddaş 32 GB 32 GB 32 GB
Yaddaş növləri DDR3-1066/1333 DDR3-1066/1333 DDR3-1066/1333
Yaddaş kanalı sayı 2 2 2
Maks. Yaddaş buraxılışı 21 GB/s 21 GB/s 21 GB/s
Qrafik xüsusiyyətləri
Prosessor qrafikası Var Var Var
Qrafika modeli Intel® HD Graphics 2000 Intel® HD Graphics 3000 Intel® HD Graphics 2000
Intel® Quick Sync Video Var Var Var
Intel® InTru™ 3D Technology Var Var Var
Intel® Insider™ Var Var Var
Intel® Wireless Display Yox Yox Yox
Intel® Flexible Display Interface (Intel® FDI) Var Var Var
Intel® Clear Video HD Technology Var Var Var
Tutumlu ikili displey Var Var Var
Genişlənmə imkanı
PCI Express Revision 2.0 2.0 2.0
Gəlişmiş texnologiyalar
Intel® Turbo Boost Technology Yox 2.0 2.0
Intel® vPro Technology Yox Yox Var
Intel® Hyper-Threading Technology Var Yox Var
Intel® Virtualization Technology (VT-x) Var Var Var
Intel® Virtualization Technology for Directed I/O (VT-d) Yox Yox Var
Intel® Trusted Execution Technology Yox Yox Var
AES New Instructions Yox Var Var
Intel® 64 Var Var Var
Idle States Var Var Var
Enhanced Intel SpeedStep® Technology Var Var Var
Thermal Monitoring Technologies Var Var Var
Intel® Fast Memory Access Var Var Var
Intel® Flex Memory Access Var Var Var
Execute Disable Bit Var Var Var