Hansı planşetin batareyası ən yaxşıdır?

Smartfon və planşet alışı zamanı ən çox verilən sual alınan bu və ya digər mobil cihazın batareyaları haqqında olur. Which.co.uk resursunun əməkdaşları bu vacib məsələyə aydınlıq gətirmək istəyiblər və müxtəlif istehsalçıların 7 və 10 düymlu 16 planşetini seçərək test ediblər.

Bütün planşetlər ekranın parlaqlığı 200 nit seçilərək, veb səhifələrin baxılması rejimində test edilib.

10 düymlu cihazlar kateqoriyasında Retina ekranlı iPad digərlərindən daha çox işlədi – 13,5 saat. İkinci yerdə iPad 2 durur, o 9,8 saatdan bir qədər çox dayana bilib. Növbəti yerləri bir neçə dəqiqə fərq ilə Sony Xperia Tablet S və Samsung Galaxy Tab 2 10.1 tuturlar. Ən zəif nəticəni isə ASUS Eee Pad Transformer Prime (klavyaturasız) göstərmişdir – 335 dəqiqə.

7 düymlu planşetlər

7 düymlu planşetlər kateqoriyasında birinci yeri iPad Mini tutur – 13 saat durmadan işləyə bilmişdir. İkinci yeri 9,85 saat ilə Amazon Kindle Fire HD tutub. Hamının təriflədiyi ASUS Nexus 7 planşeti 9,16 saat işləyərək 3-cü ola bilib. 7 düymlü planşetlər seqmentində ən pis nəticəni uyğun olaraq 437 və 425 dəqiqə ilə Amazon Kindle Fire və Samsung Galaxy Tab 2 7.0 göstəriblər.