Hakerlərin dünya bankomatlarından növbəti oğurluğu

Beynəlxalq kibercinayətkarlar şəbəkəsi bir neçə saat müddətində 27 ölkədə bankomatlardan 45 milyon ABŞ dolları dəyərində vəsait ələ keçiriblər.

Associated Press-ə istinadən verilən məlumata görə  ABŞ-a bu ilə əlaqəliola biləcək 7 nəfər saxlanılıb. Həmin şəxslərin haker şəbəkəsinin Nyu-York qanadının üzvləri olduğu güman edilir.

Məlumata görə kibercinayətkarlar oğurladıqları pullar hesabına “Rolex” saatı, “Mercedes” və “Porsche” kimi dəbdəbəli əşyalar əldə ediblər.