Günəş Enerjisi Toplayan Parça

Günəş enerjisindən daha çox yararlanmaq mümkün olacaq. T-Shirt-lə telefon şarj edilə biləcək.

Yapon alimlərinin istehsal etdiyi parça günəş panellərinin işini görəcək. Həm də daha faydalı olacaq. Muncuqlarla bəzədilmiş parçanın analoqu yoxdur. Bu parça gözəl görünməklə yanaşı həm də günəş enerjisini depolayır. Parçanın üzərində yerləşdirilmiş kiçik muncuqlar əslində kürə şəklində günəş hüceyrələridir. Bu hüceyrələr kürə şəklində olduqları üçün hal hazırda istifadə olunan günəş panelləri kimi işığa tərəf yerləşdirilməsinə ehtiyac yoxdur. İstənilən vəziyyətdə günəş enerjisini ala bilirlər.

Bu parça günəş panellərindən fərqli olaraq bir çox fərqli sahələrdə də istifadə imkanına sahib olacaq. Alimlərin fikrincə binaların damları, məscidlərin qübbələri bu parçalarla örtülərək günəş panellərinə çevrilə bilər və günəş enerjisindən daha çox istifadə imkanı verər. Bu parçadan hətta kiçik həcmli elektronik cihazları şarj etmək üçün də istifadə etmək mümkündür. Bu parçadan hazırlanan paltarları geyinərək mobil telefonlarımızı şarj etmək mümkün olacaq.

Parçanın 2015-ci ildə tam istifadəsi planlaşdırılır.