Günəş batareyaları ilə təchiz olunan “Solar İmpluse” təyyarəsi uçuşunu uğurla tamamlayıb

Röyters agentliyinin yaydığı məlumata əsasən, İsveçrə mütəxəssisləri tərəfindən qurulmuş və günəş batareyaları ilə təchiz edilmiş Solar Impulse təyyarəsi iyulun 6-da ABŞ-ın kontinental hissəsi üzərindən uçuşu başa vurub.

 

ICTnews  bildirir ki, sözügedən təyyarə Con Kennedi adına hava limanında planlaşdırılmış müddətdən üç saat əvvəl yerə enib.

ABŞ-ın kontinental hissəsi üzərindən uçuş mayın 3-də başlanıb. Ümumilikdə təyyarə beş min kilometrdən (km) çox məsafə qət edib. Missiya zamanı ən uzunmüddətli birbaşa uçuş mayın 22-də, təyyarə Feniks və Dallas arasında 1500 km-dən çox məsafə qət etdikdə olub.

Solar Impulse qanadlarının kənar nöqtələri arasındakı məsafə 63,4 metr və çəkisi 1588 kiloqram olan planerdir. O, litium akkumulyatorları ilə qidalanan ümumi gücü 7 kilovat olan dörd elektrik motoru vasitəsilə hərəkətə gətirilir.