GTA V oyununun təqdimatını 17 sentyabra keçiriblər

2013-cü ilin ən gözlənilən oyunlarından biri olan – GTA V oyununun – təqdimatını yaz aylarından payıza keçiriblər. Daha dəqiq isə sentyabr ayının 17-nə. Hal hazırda oyunun rəsmi olaraq PlayStation 3 və Xbox 360 konsolları üçün olacağı təsdiqlənib. PC versiyasının talehi haqqında heç bir məlumat yoxdur.

Rockstart North bunun səbəbini açıqlamır, amma çoxları düşünür ki, buna yolla payızda olacaq təqdimat yeni nəsil konsolların təqdimatına daha yaxın olacaq.

Köhnə versiyalardan fərqli olaraq, yeni GTA V geniş oyun imkanlarından əlavə eyni anda 3 baş qəhrəmanın adından oynamağa imkan verəcək.

«Grand Theft Auto 5, oyun seriyasının yeni istiqamətdə inkişaf etməsinə təsir göstərəcək. Rockstar North sizin heç vaxt görə bilməyəcəyiniz dərin və ən gözəl oyun aləmini yaradır. Sevimli istifadəçilərimizlə oyunun detalları haqqında yeni nə isə bölüşəcəyimizi səbirsizliklə gözləyirik »,

– Rockstar Games şirkətindən Sem Xauzer deyir.