GTA 5-in yeni ekran görüntüləri

Oyun tədarükçüləri arasında ən məşhurlardan olan Rockstar Games E3 2013 sərgisində GTA 5-in yeni ekran görüntülərini oyun həvəskarları ilə paylaşdı.

Hərkəsin maraqla gözlədiyi E3 sərgisində təbii ki, oyunlar daha çox diqqəti cəlb edir. Hazırda ən çox gözlənilən oyunlardan biri olan Grand Theft Auto-nun 5-ci versiyası Rockstar Games tərəfindən uğurlu bir təqdimatla tanıdıldı.

Oyun dünyasının maraqla gözlədiyi GTA5-ə məxsus yeni görüntülərin PS4-lə təqdim olunması isə oyun həvəskarlarını olduqca sevindirəcək.