Graham Bellin 128 illik Səs Yazması

91 il əvvəl həyatını itirən telefon icadçısı Alexander Graham Bellin 128 illik səs yazması tapıldı. Graham Bell-in səs yazmasında “Səsimi eşit, Alexander Graham Bell” deyir.

Biz onu telefonun icadçısı kimi tanısaq da həyatı boyunca səs texnologiyası üzrə çox fərqli, vacib işlərə imza atmışdı. Bal şanı, folqo, plastik və metal kartlar üzərinə səs yazması işləri bu günə qədər sirr olaraq qalmışdı.

128 illik səs yazımı 

Amerikan Tarixi Milli Muzeyi-nin əlində olan Graham Bellin bu qeydləri o dövrdə necə və nə ilə oğurlandığı haqqında məlumatlar əldə olunmamasina baxmayaraq alimlər 3D çəkilişi ilə səs yazan bu fərqli materialları virtual dünyaya daşımağa müvəffəq oldu.

Səsimi eşit 

128 il əvvələ aid olan bu yazmaların bir çox hissəsi korlanmış vəziyyətdə olsa da, Graham Bellin “Hear my voice, Alexander Graham Bell”-in sözləri aydın eşidilir.