Gözlənilən yeddi Windows 8 tableti

Microsoft şirkəti Windows 8 təchizatlı Surface tabletini təqdim etdikdən sonra bir sıra şirkət öz yeni Windows 8 dəstəkli tebletini elan etməyə başladı. Asus, HP, Samsung və Fujitsu şirkətlərindən sonra Lenovo da öz yeni ThinkPad tabletini elan elədi. Ən çox gözlənilən Windows 8 sistemli yeddi tableti sizə təqdim edirik.

Microsoft Surface RT

10 inç displey, microSD, USB 2.0, microHD, “Office Home & Student 2013” imkanlarına malik Surface ən çox gözlənilən Windows 8 tabletlərinin siyahısına liderlik edir. Surface RT tableti 32 GB və 64 GB yaddaşa malik iki versiyada mümkün olacaq. Tabletin RAM və bir sıra texniki parametrləri hələ rəsmi olaraq açıqlanmayıb. Surface RT oktyabrın 26-da, Windows 8-lə eyni gündə satışa çıxarılacaq. Qiymətlərin isə rəqib cihazlarla təxmini eyni aralıqda olacağı güman edilir.

Asus Tablet 600

Tayvanda baş tutan Computex sərgisində Asus şirkəti iki tabletlə iştirak etdi. Asus 600 tableti 10,1 inç Super IPS+ displey, Nvidia Tegra 3 quad-core prosessor, 32 GB yaddaş, 2 GB RAM, 8 meqapiksel arxa kamera, 2 meqapiksel ön kamera və Windows RT əməliyat sisteminə malikdir. Tabletin nə zaman satışa çıxarılacağı və qiymət barəsində isə məlumat verilməyib.

Asus 810

Computex sərgisində Asusun təqdim etdiyi ikinci tablet isə 1366×768 kəskinliyə sahib 11,6 inç super IPS+ displey, Intel Atom prosessor, 2 GB RAM, 64 GB yaddaş, 8 meqapiksel arxa kamera və 2 meqapiksel ön kamerayla təchiz olunub. Windows 8 əməliyat sisteminə malik tabletin qiyməti və istehsal tarixi barədə məlumat verilməyib.

HP Slate 8

İyun ayında verilən açıqlamaya əsasən HP şirkətinin ilk Windows 8 tableti biznes (enterprise) versiya olacaq. Texnoloqların bu tabletin özəllikləri ilə bağlı uzun axtarışları heç də uğurlu nəticə verməyib. İndiyə kimi verilən ən güclü proqnoz tabletin 10,1 inç displeyə və Clover Trail Atom prosessora malik olacağı ilə əlaqədardır. Buraxılış tarixi, qiymət və göstəricilərlə bağlı daha ətraflı məlumat hələ mövcud deyil.

Samsung Series 5 Hybrid

Computex sərgisində Series 5 Hybrid tabletini satışa çıxarmağı vəd edən Samsung şirkəti bu tabletin özəllikləri barədə çox az məlumat verib. Sadəcə 11,6 inç displey və Intel çipə sahib olacağı bilinən tabletin ümumi struturu isə hələ də inkişaf mərhələsindədir və dizaynı dəyişə bilər.

Dell Latitude 10

Neowin tərəfindən verilən məlumata görə Dell şirkəti Windows 8 donanımlı Latitude 10 tabletini istehsal edəcək. Dell tableti 10,1 inç 1366×768 kəskinliyə sahib displeyə, ən azı 1,5 GHz Clover Trail Atom prosossora, 128 GB-a qədər SSD yaddaşa, 4 ədəd USB porta, Ethernet, HDMI, mobil əlaqəyə, dəyişdirilə bilən batareyaya malik olacaq. Neowinin verdiyi məlumata görə ən güclü donanımlardan birinə sahib olan bu tablet noyabr və gələn ilin yanvarı arasında satışa çıxarılacaq.

Stylistic Q702 Hybrid Tablet

Fujitsu şirkəti iyulun əvvəlində 11,6 inç AH IPS displeyə, Ivy Bridge Core i3 or i5 prosessora, 4GB RAM, 64GB yaxud 128GB SSD yaddaşa, USB 2.0 və 3.0 portlara, ön və arxa kameralara, istəyə bağlı mobil əlaqə versiyasına malik olacaq Q702 Hybrid tabletini istehsal edəcəyini bildirib. Windows 8 hazır olana qədər bu tablet Windows 7 ilə quraşdırılmış şəkildə gələcək. Çox cüzi bir məbləğ qarşılığında siz sistemi Windows 8-ə qaldıra bilərsiniz.

Bəs sizin ən çox sahib olmaq istədiyiniz yaxud almağı planlaşdırdığınız tablet hansıdır?