Google Waze-i almağa çox yaxındır

Naviqasiya tətbiqetməsi Waze uğrunda tender savaşının qalibi Google olduğu söylənilir. İsrailin mətbuat qəzeti  Ha’aretz-in məlumatına görə, Google startup üçün 1 milyon dollardan çox məbləğ ödəyəcək. Qəzetin sonradan verdiyi məlumata görə, razılaşmanın dəyəri  1.3 milyon dollar olacaq.

Razılaşma hələ sonlandırılmasa da, məlumata görə, Google İsraildəki inkişaf mərkəzində çalışan işçiləri işdən çıxartmayacağına və şirkətə  ən azı üç il müddətinə öz inkişafını davam etdirməyə imkan verəcəyinə razılaşıb.

Məlumata görə, sazişin şərtlərinə əsasən Waze-nin CEO-su Noam Bardin şirkətin rəhbərliyində qalacaq, Waze öz brendini saxlayacaq və həmin brend Google-a inteqrasiya olunmayacaq.

iPhone üçün pulsuz sosial işləyən naviqasiya tətbiqetməsi üçün razılaşma bir neçə aydır ki, davam edir və tender həm Facebookun, həm də Google-un marağına səbəb olmuşdu.

Bu ilin əvvəlində  yayılan şayiələrə görə , Apple-ın da tenderdə iştirak edəcəyi gözlənilsə də, may ayının 28-də Apple şirkətinin CEO-su Tim Cook bu məlumatı təkzib etdi.

Google və Waze isə hələ ki bu haqda dəqiq bir məlumat verməyib