“Google”un yeni yığcam planşeti-“NEXUS 7”

“Google” şirkəti iyulun 24-də San-Fransiskoda mətbuat konfransı keçirəcək.
 
“Zəhmət olmasa, Sundarom Piçai ilə səhər yeməyinə siz də qoşulun” – jurnalistlərə göndərilmiş dəvətdə belə deyilib. Tədbirin mövzusu dəqiq bilinmir, amma orada şirkətin “Android” və “Chrome” üzrə vitse-prezidenti çıxış edəcək. Buna görə fərz etmək olar ki, o, mobil əməliyyat sisteminin yeni versiyası və ya “Nexus 7” planşeti haqqında məlumat verəcək.
 
“Android Central” bloqunun əlinə yeni 7 düymlük “Nexus” planşetinin fotoşəkilləri düşüb. Məxfi mənbə sözügedən inter nəşrinə deyib ki, ikinci nəsil planşetin istehsalıyla yenidən “ASUS” şirkəti məşğul olub.
 
Sələfindən fərqli olaraq, ona iki kamera quraşdırılacaq: ön hissədə 1,2 meqapiksellik və arxa hissədə 5 meqapiksellik. Sözügedən cihaz DDR3L tipli 2-4 QB əməli yaddaş və “Qualcomm Snapdragon S4 Pro” prosessoru ilə təchiz ediləcək. Yeni aparatda səslənmə daha yaxşı olacaq. 16 və ya 32 QB yığıcı ilə təchiz edilmiş versiyalar əlçatan olacaq.
 
Mənbə:Publika.az