Google-un hava şarları planeti internetlə təmin edəcək

Google şirkəti növbəti iddialı layihəni həyata keçirəcəyini bəyan edib. Belə ki, ABŞ korporasiyası hava şarlarının köməyi ilə Yer kürəsinin mürəkkəb relyefə malik yerlərini və ya yoxsul regionlarını yüksəksürətli simsiz internetlə təmin edəcəyinə ümid edir.

Layihə yerüstü baza stansiyasının (yerli internet-provayderi tərəfindən xidmət göstərilir), hava şarlarında şəbəkə avadanlığının və sakinlərin evləri üzərində antenaların daxil olduğu şəbəkənin yaradılmasını nəzərdə tutur. Şarların hər biri simsiz interneti 40 kilometr diametr ərazidə ötürmək qabiliyyətinə malikdir.

Hava şarlarının ilk partiyası Yeni Zelandiyanın Cənub adasından start götürüb. Şarlar 20 kilometrlik hündürlükdə stratosferə qalxıblar. Məlumata görə , oradan artıq internetin ötürülməsinə başlanılıb. Hava şarının köməyi ilə qlobal şəbəkəyə daxil olan ilk insan fermer Çarlz Nimmo olub.

Hava şarlarının Google tərəfindən seçilməsi bunun simsiz internetin yaradılmasının ən sadə və ən ucuz üsul olmasındadır. Mürəkkəb infrastruktur yaratmaq və dağlardan, qalın meşəliklərdən və digər çətin keçilən yerlərdən naqillər çəkmək əvəzinə, bu üsulla hazırda planetin internetə çıxışı olmayan 2/3 hissəsini internetlə təmin etmək mümkündür.

Google Argentina, Çili, Avstraliya və digər ölkələrdə sınaq buraxılışlarını davam etdirməyi planlaşdırır. Şarlarla təmin edilən internetin sürəti üçüncü nəsil mobil şəbəkələrinin sürətinə bərabər olacaq və ya onu ötəcək.