Google-un 1 aprel zarafatı

Google-un Nose (burun) adını verdiyi bu yeni xidmət əslində 1 aprel zarafatı imiş.

Google bu gün fərqli bir  xidmətə başladı. Bu xidmətlə siz Google vasitəsilə istənilən qoxunu axtara bilirsiniz, ekranınıza yaxınlaşaraq qoxunu tanıdırsınız. Verilənlər bazasında çiçək ətri, hətta Ay və Mars kimi kosmik cisimlər də daxil olmaqla 15 milyon qoxu var.

Lakin əslində bütün bunlar Google-un 1 aprel zarafatı imiş. Google bəlkə bir neçə il sonra gerçək ola biləcək bu zarafat üçün hətta video da hazırlayıb.